AZ EN RU

FAQ

Həyatın Yaşam Sığortasına qoşulmaq üçün sizin yaşınız, iş yeriniz, vəzifəniz və sağlamlığınızla əlaqəli sualları əhatə edən sorğu formasını doldurmağınız tələb olunur. Sorğu formasını https://my.megalife.az linkinə daxil olmaqla online qaydada doldurub həyatın yaşam sığortasına qoşulmaq üçün müraciət edə bilərsiniz.

Həyatın Yaşam Sığortası ilə siz həm pul yığmış olursunuz, həm əlavə gəlir əldə etmiş olursunuz, həm də xoşagəlməz hal baş verdiyi zaman ailənizin gələcək maddi durumunu təminat altına almış olursunuz.

Həyatın yaşam sığortasının əsas üstünlükləri:

  • Qanunvericilikdə həyat sığortası üçün nəzərdə tutulmuş güzəştlərə əsasən əmək haqqınızdan Dövlət Sosial Müdafiə Fonduna ödənilməli olan məbləğin, eləcə də gəlir vergisinin müəyyən hissəsi 3 il ərzində toplanılır və müddətin sonunda sizə geri ödənilir və bununla da siz əlavə qazanc əldə etmiş olursunuz.
  • Sığorta müddəti ərzində toplanılan pul vəsaiti həmçinin investisiya olunduğu üçün siz müddətin sonunda yığılmış pul vəsaitindən əlavə investisiya gəliri də əldə etmiş olursunuz.
  • Sığorta müddəti ərzində ölüm hadisəsi baş verdiyi halda ailə üzvləriniz sığorta müqaviləsi ilə müəyyən edilmiş pul vəsaitini əldə edir və beləliklə siz onların gələcəyini maddi təminat altına almış olursunuz.

İpoteka həyat sığortası üzrə sığorta haqqı sığortanlamaq istəyən şəxsin yaşından, peşəsindən, sağlamlıq vəziyyətindən, kredit məbləğindən, kredit faizinin həcmindən və  kreditin müddətindən asılıdır. İpoteka həyat sığortası üzrə https://www.megalife.az/mehsul/ipoteka-heyat-sigortasi linkinə daxil olaraq onlayn müraciət edə bilərsiniz.

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı şəxslər icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar:

  • Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri;
  • dövlət orqanları;
  • hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;
  • seçkili orqanlar;
  • fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqqı sığorta olunanın bir illik əmək haqqı fondunun sığorta tarifinə hasili əsasında müəyyən edilir. Sığorta tarifi isə iqtisadi fəaliyyət növündən asılı olaraq fəhlə heyəti üçün 0,4% - 2%, qulluqçu heyəti üçün isə 0,2% - 0,5% arasında müəyyən edilmişdir.

Bəli, var. Cərimə məbləği Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2.-ci maddəsində qeyd edilmişdir: “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.