Keyfiyyət Siyasəti
«MEQA HƏYAT SIĞORTA» AÇIQ SƏHMDAR
CƏMİYYƏTİNİN
KEYFİYYƏT
ÜZRƏ SİYASƏTİ
“Meqa Həyat Sığorta”
ASC Azərbaycan Respublikasının qüvvədə olan qanun və normativ tələblərinə əməl
etməklə, şirkətin fəaliyyətində maraqlı olan bütün tərəflərin tələb və gözləntilərini
nəzərə almaqla müxtəlif çeşidli həyat sığorta məhsulları və xidmətləri təklif
edir.
Fəaliyyətində keyfiyyət və səmərəliliyi daim təkmilləşdirərək
Şirkət aşağıdakı öhdəlikləri qəbul edir:
-
Qanuni və normativ tələblərə
uyğunluq: Həyat sığorta şirkəti olaraq fəaliyyəti ilə bağlı qanuni və tənzimləyici
tələbləri qəbul edir və icrasını təmin edir.
-
Maliyyə məsuliyyəti: Fəaliyyətinin şəffaflığını
və yüksək maliyyə sabitliyini bütün maraqlı tərəflərə nümayiş etdirmək məqsədilə,
hər il maliyyə fəaliyyətinin və
hesabatlılığının Beynəlxalq Maliyyə Standartlarına uyğunluğu üzrə dünyanın
aparıcı auditor şirkətləri tərəfindən audit olunur.
-
Təşkilati tələblərə
uyğunluq: ISO9001:2015 və ISO10002:2018 beynəlxalq standartların tələblərini
nəzərə almaqla, effektiv idarəetməni və keyfiyyət standartlarını təmin etməyə
yönəlmiş təşkilati normalara riayət edir.
-
Maraqlı tərəflərin
ehtiyaclarının nəzərə alınması: Cəmiyyət, səhmdarlar, istehlakçılar, əməkdaşlar,
nəzarət orqanları, tərəfdaşlar da daxil olmaqla, maraqlı tərəflərin tələb və
gözləntilərini təhlil edir və nəzərə alır.
-
Risklərin
Qiymətləndirilməsi: Risklərin effektiv idarə edilməsi məqsədilə, sistematik olaraq
potensial təhlükələri müəyyən etmək, onların nisbi əhəmiyyətini qiymətləndirmək,
risklərin minimuma endirilməsini təmin etmək üçün müvafiq tədbirlər həyata
keçirmək.
-
İqlim dəyişikliyi: İqlim dəyişikliyi ilə
bağlı mülahizələri Cəmiyyətin biznes strategiyasına və qərar qəbuletmə proseslərinə
inteqrasiya etməklə, gələcək nəsillər üçün daha sağlam planetə töhfə verməyi hədəfləmək.
-
Komanda hazırlığı və
inkişafı: Yüksək standart və bacarıq səviyyəsini təmin etmək, korporativ
mühitdə keyfiyyət mədəniyyətini təşviq etmək üçün komandanın təlim və
inkişafına sərmayə qoyur.
-
Xidmət effektivliyi: Göstərilən xidmətlərin
səmərəliliyini və keyfiyyətini təmin etmək üçün şirkət əməliyyat və biznes proseslərini
təkmilləşdirir. Şirkətin fəaliyyəti zamanı yarana bilən hər hansı bir şikayət ISO10002:2018
beynəlxalq standartın tələblərinə uyğun olaraq, şikayətlərin idarə olunması
prosesi üzrə tənzimlənir və şirkətə ünvanlanmış şikayətlərə səmərəli
baxılmasını təmin etmək məqsədilə, prosesdə iştirak edən bütün tərəflərə hüquq
və vəzifələri aydın və şəffaf şəkildə elan edilir.
-
Məmnuniyyətin ölçülməsi
və artırılması: Prosesləri
tənzimləmək və təkmilləşdirmək üçün əldə edilən məlumatlardan istifadə etməklə,
müştərilərin və digər maraqlı tərəflərin məmnunluğunu müntəzəm olaraq ölçərək təkmilləşdirmə
tədbirləri görür.
-
Davamlı inkişaf: Prosesləri təhlil
etməklə, göstəriciləri ölçməklə, səmərəliliyi və keyfiyyəti yüksəltmək üçün
yeniliklərə açıq, davamlı təkmilləşmə mədəniyyətini təşviq edir.