COVID - 19
COVID - 19
Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci
bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş
“Tədbirlər Planı”nın icrası çərçivəsində Azərbaycan Mərkəzi Bankının 23
aprel 2020-ci il tarixli 16 saylı qərarı ilə təsdiq edilmiş “Sığorta
xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və sığorta olunanların
hüquqlarının qorunması ilə bağlı” təklif etdiyi əlavə dəstəkləyici tədbirlərin
həyata keçirilməsi ilə əlaqədar olaraq “Meqa Həyat Sığorta” ASC aşağıdakıları
diqqətinizə çatdırır:
1. Xüsusi
karantin rejimi dövründə zərərlərin tənzimlənməsi ilə bağlı sığortalıların və
sığorta olunanların müraciətlərinin elektron poçt vasitəsilə və elektron
formada qəbul edilməsi
1.1. Sığorta
iddialarının tənzimlənməsi məqsədilə sığortalı və sığorta olunanlar
sığorta ödənişinin həyata keçirilməsi üçün müvafiq sənədləri
(sığorta şəhadətnaməsi, sığorta ödənişinin alınması barədə faydalanan şəxsin
sığorta tələbi, kredit müqaviləsinin surəti və s.) aşağıda qeyd olunmuş
elektron vasitələrdən istifadə etməklə cəmiyyətimizə təqdim edə bilər:
1.2. office@megalife.az elektron poçt ünvanı;
1.3. “Whats App” proqramına
bağlı olan
+994 55-250-08-80 mobil telefon nömrəsi.
Tənzimlənmə prosesi - Cəmiyyətin əməkdaşı hadisə haqqında
qaynar xətt nömrəsi vasitəsi ilə məlumat aldıqda hadisə ilə bağlı tənzimləmə
prosesini həyata keçirən müvafiq əməkdaşlara məlumat verir. Hadisə barədə
məlumatı qəbul edən əməkdaş sığortalıya və sığorta olunana xüsusi karantin
rejimində zərərin tənzimlənməsi üçün yuxarıda qeyd olunmuş məlumatları özündə
əks etdirən bildirişi verir, həmçinin daha ətraflı məlumatın Cəmiyyətin rəsmi
internet saytında, ana səhifədə “COVİD-19” adlı bölmənin mövcud olduğu barədə
məlumat verir, tənzimlənmənin bu formada həyata keçirilməsi səbəblərini və
məqsədlərini sığortalıya və sığorta olunana izah edir və tənzimlənmə prosesini
həyata keçirən əməkdaşın əlaqə nömrəsini ona təqdim edir.
Tənzimlənmənin növbəti mərhələləri xüsusi karantin rejimini nəzərə
alınaraq elektron vasitələrdən maksimum dərəcədə effektiv istifadə
etməklə qanunvericiliyə və daxili prosedura uyğun olaraq müvafiq əməkdaşlar
tərəfindən həyata keçiriləcəkdir. Sığortalılar və sığorta olunanlar hadisə ilə
bağlı bütün məsələlərlə əlaqədar hadisəni tənzimləyən əməkdaşa müraciət edə
bilər.
2. Sığorta
müqavilәlәrinin elektron formada bağlanmasının tәmin edilmәsi
Sığorta müqavilələrinin elektron formada
bağlanılması üçün saytımızda hər bir sığorta növü üzrə xüsusi imkanlar
yaradılmışdır.
Həyatın
Yaşam Sığortası növü üzrə müvafiq olaraq aşağıdakı linkə keçid etməklə elektron
sığorta müqavilələrinin alınması prosesi tam yekunlaşdırıla bilər:
https://my.megalife.az/login
Digər bütün sığorta növləri üzrə ofisimizə
yaxınlaşmadan Cəmiyyətin internet saytı vasitəsilə onlayn müraciət ünvanlayaraq
sığorta müqaviləsinin bağlanılması üçün müraciət etmək mümkündür. Bununla bağlı
müştərilərimizin seçdiyi sığorta növü üzrə müvafiq sığorta qaydaları və şərtləri
ilə tanış olub razılığını elektron qaydada əldə etdikdən sonra sığorta müqaviləsi
elektron qaydada müraciət edən şəxsə göndərilir.
Sığorta haqlarının ödənilməsi saytımızın onlayn ödəniş
bölməsindən və ya ödəniş terminallarından istifadə etməklə həyata keçirilir.
3. Xüsusi
karantin müddətində Cəmiyyətin iş rejimi: 09:00 – 18:00.
Zərərlərin tənzimlənməsi
ilə bağlı müvafiq prosedur yuxarıda qeyd edilmişdir.
4. Sığortalıların
və sığorta olunanların hüquqlarının qorunması mәqsәdi ilә qaynar xәttimizin
fasilәsiz işlәk olması
Cəmiyyətimizin qaynar xətt nömrəsi (012 525-08-80) fasiləsiz olaraq fəaliyyət göstərir. 24 saat ərzində istənilən vaxt qeyd olunmuş nömrəyə əməkdaşlarımız tərəfindən müştərilərimiz hüquqlarının pozulduğunu hesab edərlərsə, zəng vura bilərlər.