Həyatın yaşam sığortası sığorta müqaviləsinin
qüvvədə olduğu müddətdə sığorta olunanın ölümü, və yaxud sığorta müqaviləsində
müəyyən edilmiş yaşa, müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata
keçirilməsini nəzərdə tutan sığorta məhsuludur.
Həyat sığortası müqaviləsinə görə
Sığortaçı müqavilə ilə razılaşdırılmış və sığortalının ödədiyi sığorta
haqqı müqabilində sığortalının müqavilədə göstərilmiş sığorta riskləri üzrə
sığorta hadisəsinin baş verdiyi halda müqavilə ilə razılaşdırılmış sığorta
məbləğini birdəfəlik sığorta ödənişi və ya vaxtaşırı ödənişlər şəklində
faydalanan şəxsə ödəməyi öhdəsinə götürür.
Sığorta müqaviləsi, sığortalı fiziki şəxs
olduğu halda onun sığortalanma haqqında ərizəsi, hüquqi şəxs olduğu halda
isə Sığortaçı tərəfindən müəyyən edilən sığorta olunanların siyahısı və
sorğu forması əsasında bağlanılır.
Həyatın Yaşam Sığortası üzrə sığorta
haqqı sığortalı tərəfindən sərbəst şəkildə seçilir və aylıq ödənişlər şəklində
ödənilir.
Həyatın Yaşam Sığortası üzrə sığorta
müqviləsinin bağlanılması zamanı Azərbaycan Respublikası qanunvericiliyində
nəzərdə tutulmuş güzəştlərdən faydalanmaq üçün şərtlər:
sığorta müqaviləsi 3 ildən az olmayan
müddətə bağlanılmalıdır və sığorta ödənişi sığorta müqaviləsinin qüvvəyə
mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra verilməlidir
Əmək haqqından tutulan vergi və sosial
ayırmalar üzrə güzəşt aylıq gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən
ödənilən sığorta haqlarına tətbiq edilir.