Güvənli Həyat Sığortası
“Güvənli Həyat” məhsulunun əsas məqsədi müştərilərə və onların yaxınlarına daha güvənli və təminatlı bir həyat təklif etmək, həyatın xoşagəlməz anlarında müştərilərə maliyyə dəstəyi və psixoloji rahatlıq bəxş etməkdir.
“Güvənli Həyat” sığorta məhsulunun əsas üstünlükləri:
- Minimal sığorta haqqı ilə maksimum təminat: 40 yaşlı şəxs yalnız 36 manat ödəməklə 10.000 manat məbləğində sığorta təminatına sahib ola bilər.
- Uşaqlar üçün xüsusi güzəştlər: 18 yaşına qədər uşaqlar üçün sağalmaz xəstəliklərdən 10.000 manat sığorta təminatı yalnız 10 manat sığorta haqqı ilə mümkündür.
- Əhatə dairəsi genişdir: Sığorta məhsulu xərçəng, insult, miokard infarktı, aorto-koronar şuntlama, böyrək çatışmazlığı, iflic və orqan transplantasiyası kimi ağır və sağalmaz xəstəliklər daxil olmaqla, istənilən səbəbdən ölüm riskini tam şəkildə əhatə edir.
Məhsul haqqında daha ətraflı məlumat almaq üçün *8778 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.