AZ EN RU

Kritik xəstəliklərdən sığorta

Kritik xəstəliklərdən sığorta

Əgər sizə ciddi bir xəstəlik diaqnozu qoyulsa həyatınız necə olar? Bütün planlarınız birdən-birə dəyişə bilər. Yəqin ki, yaxınlarınızı bir yerə yığıb  başınıza gələn bu xoşagəlməz vəziyyəti izah edər, daha sonra isə müalicə üçün xəstəxanalara müracət etməli olarsınız.

Bütün bunların maddi və mənəvi təsirinin sizin və sizə bağlı olan insanlar üçün necə qarşılanacağını düşünmək belə çətindir.

Sağalmaz xəstəliklərdən sığorta Sığorta olunanın səhhətində onun həyatını təhlükə altına qoyan və ölümünə səbəb ola biləcək xəstəlik - xərçəng, infarkt, insult və s. tibb müəssisəsi tərəfindən müəyyən edildikdə sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutan həyat sığortası məhsuludur.

Sağalmaz xəstəliklərlərdən sığorta təminatı yalnız müddətli həyat sığortası məhsulunun əlavə təminatı olaraq  təqdim olunur.