AZ EN RU

Bloq

Təkrarsığorta

Təkrarsığorta

“Meqa Həyat Sığorta” şirkəti ilə Amerikanın “General Reinsurance Corporation” (GenRe) şirkəti arasında həyat sığortası sahəsində obliqator təkrarsığorta müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən həyat sığortası üzrə “Meqa Həyat Sığorta” ASC tərəfindən sığortalanmış risklərin bir hissəsinin avtomatik olaraq GenRe təkrarsığorta şirkətinə ötürülməsi razılaşdırılmışdır. Müqaviləyə uyğun olaraq “Meqa Həyat Sığorta” həmçinin həyat sığortası, əmək qabiliyyətinin itirilməsi hallarından və kritik xəstəliklərdən sığorta zamanı istifadə olunan CLUE – risklərin elektron anderraytinqi sisteminə qoşulmuş və həyat sığortası üzrə risklərin qiymətləndirilməsi zamanı bu sistemdən istifadə etmək hüququ əldə etmişdir. Bundan əlavə olaraq, yeni partnyor əlaqələri sayəsində “Meqa Həyat Sığorta”-nın əməkdaşlarının “GenRe Business School” biznes məktəbində aktuarlıq, həyat sığortası üzrə risklərin qiymətləndirilməsi və anderraytinqi, təkrarsığorta, zərərlərin tənzimlənməsi və digər sahələrdə təlimlərə cəlb olunması və peşəkarlıq səviyyələrinin daha da artırılması planlaşdırılır.

Qeyd edək ki, dünyanın 40-dan çox yerində ofisi, 3500-dən çox əməkdaşı olan GenRe təkrarsığorta şirkəti Amerikalı biznesmen, dünyanın ən tanınmış investorlarından biri olan Warren Buffett-in rəhbərlik etdiyi Berkshire Hathaway Inc. şirkətlər qrupuna daxildir. Şirkətin maliyyə dayanıqlığı reytinqi A.M. Best: A++ və Standard & Poor's: AA+ səviyyəsindədir.

“Meqa Həyat Sığorta” ASC-yə həyat sığortası üzrə sığorta fəaliyyəti göstərməyə icazə verən lisenziya Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 19.02.2021-ci il tarixində verilmişdir. Şirkət 09.03.2021-ci il tarixində İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıları reyestrinə daxil edilmiş və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə fəaliyyət göstərmək icazəsi əldə etmişdir.  “Meqa Həyat Sığorta” ASC həmçinin Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçıları siyahısındadır. Şirkət aşağıdakı həyat sığortası məhsulları üzrə sığorta xidmətləri göstərir:

  • İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
  • Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta
  • Həyatın yaşam sığortası
  • Müddətli həyat sığortası
  • Sağalmaz xəstəliklərdən sığorta