AZ EN RU

Bloq

Chartered Insurance Institute

Chartered Insurance Institute

"Meqa Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri Uğur İbrahimli Böyük Britaniya Sığorta İnstitutunun (Chartered Insurance Institute - CII) Azərbaycan üzrə Xoşməramlı Səfiri təyin edilmişdir.

Qeyd edək ki, 100 ildən artıq tarixə sahib olan Chartered Insurance Institute (CII) sığorta sahəsində dünyanın ən nüfuzlu institutlarından biri hesab edilir.

CII-ın Xoşməramlı Səfir Proqramı beynəlxalq sığorta sektorunda peşəkar standartları yüksəltmək məqsədi ilə hazırlanmışdır. Proqramın əsas hədəfi yerli sığorta bazarlarının inkişafına dəstək, CII kvalifikasiya və inkişaf proqramlarının tətbiqi və ixtisaslı kadrların hazırlanması ilə əhalinin sığortaya inamını artırmaqdır.

https://www.ciigroup.org/.../goodwill.../ughur-ibrahimli/