AZ EN RU

Bloq

my.megalife.az platforması

my.megalife.az platforması

Həyatın Yaşam Sığortası məhsulu üzrə müştərilərin rahatlığını təmin etmək və eyni zamanda sorğuların operativ cavablandırılması məqsədi ilə “Meqa Həyat” sığorta şirkəti https://my.megalife.az/ online müraciət və şəxsi kabinet platformasını istifadəyə verib.

İndi Həyatın Yaşam Sığortasına qoşulmaq istəyən şəxslər şirkətə rahatlıqla və tam olaraq online müraciət edə, həmçinin, müqavilə imzalandıqdan sonra öz şəxsi kabinetləri vasitəsi ilə bağladığı müqavilələrin statusu ilə tanış ola, müqavilə üzrə ödədiyi məbləğləri artırıb-azalda və müqavilə ilə bağlı digər müraciətlər edə biləcəklər.

Online platforma vasitəsi ilə müştərilər həmçinin Həyatın Yaşam Sığortasına qoşulmaqla müddətin sonunda alacağı məbləği və əldə edəcəyi qazancı da hesablaya biləcəklər. Bunun üçün https://my.megalife.az/ veb səhifəsinə daxil olub yığım kalkulyatorunda əmək haqqınızı, qoşulmaq istədiyiniz məbləği, doğum tarixinizi və işlədiyiniz sektoru qeyd etmək kifayətdir.

Meqa Həyat Sığortanın təklif etdiyi Həyatın Yaşam Sığortası məhsulu sizə aşağıdakı üstünlükləri verir:

  • Həyatın Yaşam Sığortasına qoşulmaqla siz gələcək planlarınız üçün pul yığırsınız,
  • Qanunvericilikdə vergi və sosial haqlar üçün nəzərdə tutulmuş güzəştlərdən faydalanaraq əlavə gəlir əldə edirsiniz,
  • Yığdığınız məbləğlərə əlavə investisiya gəliri hesablanır,
  • Həyatınızı sığortalamaqla ailənizin gələcəyini təminat altına alırsınız.