AZ EN RU

Bloq

IFRS hesabatı

IFRS hesabatı

“Meqa Həyat Sığorta” ASC “Grant Thornton" beynəlxalq audit şirkəti tərəfindən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (IFRS) uyğun olaraq audit olunub.

Şirkətin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatı, həmin tarixdə tamamlanan il üzrə mənfəət/zərər və digər məcmu gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında  hesabatları, eləcə də əsas mühasibat uçotu siyasətləri və sair izahedici məlumatları əhatə edən qeydlərdən ibarət olan maliyyə hesabatları yoxlanılıb.

“Grant Thornton” şirkətinin audit rəyinə əsasən “Meqa Həyat Sığorta” ASC-nin maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq düzgün əks olunmuşdur. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlar üzrə hazırlanması şirkət üzrə əməliyyatların tam şəffaf və transparant aparıldığını təsdiq etməklə yanaşı, şirkətin müştəriləri, yerli və xarici partnyorları, həmçinin investorlar üçün mühüm əhəmiyyət kəsb edərək, onun mövcud maliyyə vəziyyəti və fəaliyyəti haqqında məlumatların dəqiq, dürüst və şəffaf çatdırılmasını təmin edir və şirkətin gələcəkdə beynəlxalq kapital bazarlarına çıxışı üçün geniş imkanlar yaradır.