"Meqa Həyat Sığorta" şirkətinə AR Mərkəzi Bankı tərəfindən lisenziya verilmişdir.
19.02.2021-ci il tarixində Azərbaycan
Respublikası Mərkəzi Bankı tərəfindən “Meqa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinə
həyat sığortası üzrə sığorta fəaliyyəti göstərməyə icazə verən SF-0003 nömrəli
lisenziya verilmişdir.
"Meqa Həyat Sığorta" şirkəti artıq bu icbari sığorta növü üzrə xidmət göstərəcək:
09.03.2021-ci il tarixində “Meqa Həyat" sığorta şirkəti İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıları reyestrinə daxil edilmiş,
12.03.2021-ci il tarixində isə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə fəaliyyət göstərmək
icazəsi verilmişdir.
"Meqa Həyat Sığorta" şirkəti ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçılar siyahısına daxil edilmişdir.
26.05.2021-ci il tarixində “Meqa Həyat"
sığorta şirkəti Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun
ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçılar siyahısına daxil edilmişdir.
"Meqa Həyat" və "Insure.az" Express Həyat" sığorta məhsulunu istifadəyə verib.
“Meqa Həyat” sığorta şirkəti və
“Insure.az” - Online Sığorta Portalı Azərbaycanda ilk dəfə olaraq həyat
sığortası üzrə tam olaraq online şəkildə əldə edilən “Ekspres Həyat” sığorta məhsulunu
istifadəyə verib.
"Meqa Həyat" şirkəti onlayn müraciət və şəxsi kabinet platformasını istifadəyə verib.
Həyatın Yaşam Sığortası məhsulu üzrə müştərilərin rahatlığını təmin
etmək və eyni zamanda sorğuların operativ cavablandırılması məqsədi ilə “Meqa Həyat”
sığorta şirkəti https://my.megalife.az/ onlayn müraciət
və şəxsi kabinet platformasını istifadəyə verib.
"Meqa Həyat" "Acıbadem" ilə əməkdaşlıq müqaviləsi bağlayıb.
“Meqa Həyat Sığorta” Türkiyənin ən
böyük tibb müəssisələrindən olan “Acıbadem Sağlık Hizmetleri ve Ticaret A.Ş.”
ilə əməkdaşlıq müqaviləsi bağlayıb.
Meqa Sığorta Qrupunun Təlim Mərkəzi fəaliyyətə başlayıb.
2023-cü ilin iyul ayından etibarən
"Meqa Sığorta Qrupu"nun daxili resursları hesabına yaradılmış və
sığorta sahəsində bilik və bacarıqların artırılmasına, eləcə də kadrların peşəkar
inkişafına hədəflənmiş Təlim Mərkəzi fəaliyyətə başlamışdır. “Meqa Təlim Mərkəzi”
adı ilə fəaliyyət göstərəcək Mərkəzin əsas məqsədi sığorta sahəsində
professionallığın artırılmasına, kadrların şəxsi və peşəkar inkişafına,
komandanın qoyulan hədəflərə daha tez və effektiv çatmasına xidmət göstərməkdir.
Təcrübə səviyyəsindən asılı olmayaraq, hər bir əməkdaş peşəkar bacarıqlarını
inkişaf etdirmək üçün müvafiq təlim proqramlarında iştirak edə biləcək.
"Meqa Həyat Sığorta" Şirkəti ISO beynəlxalq standartları çərçivəsində "Keyfiyyət idarəetmə sistemi" və "Müştəri məmnuniyyəti idarəetmə sistemi" üzrə "ISO 9001:2015" və "10002:2018" sertifikatlarını əldə etdi.
13.02.2023-cü il tarixində “Meqa
Həyat Sığorta" şirkəti ISO beynəlxalq standartları çərçivəsində “Keyfiyyət
idarəetmə Sistemi” və “Müştəri məmnuniyyəti idarəetmə Sistemi” üzrə
sertifikatlaşmadan uğurla keçərək “ISO 9001:2015” və “ISO 10002:2018”
sertifikatlarını əldə etdi. Beynəlxalq standartlara uyğun auditin uğurla
yekunlaşması və İSO sertifikatlarının əldə edilməsi “Meqa Həyat Sığorta”
ASC-nin fəaliyyətinin 3-cü illiyinə təsadüf etməsi şirkətin yüksək
keyfiyyət standartlarına və müştəri məmnuniyyətinə sadiqliyini bir daha təsdiq
edir.
IFRS hesabatı.
“Meqa Həyat Sığorta” ASC “Grant
Thornton" beynəlxalq audit şirkəti tərəfindən Maliyyə Hesabatlarının Beynəlxalq
Standartlarına (IFRS) uyğun olaraq audit olunub.