Azərbaycan sığorta bazarının ən dinamik
inkişaf üzrə liderliyini qoruyan “Meqa Həyat Sığorta” ASC rəqəmsal
transformasiya strategiyası çərçivəsində müştəri xidmətlərini daha da təkmilləşdirmək
məqsədilə my.megalife.az platformasının mobil tətbiqini istifadəyə
verdi.
Yeni tətbiq istifadəçilərə istənilən yerdən və
istənilən vaxt Həyatın yaşam sığortası məhsulu haqqında məlumat almaq, sığorta
müqaviləsi bağlamaq, yığımları izləmək və müraciətləri onlayn şəkildə göndərmək
imkanı verir. İstifadəçilər artıq öz maliyyə gələcəklərini daha rahat
planlaşdıra, yığımlarını istənilən vaxt izləyə və bütün prosesləri bir
platforma üzərindən idarə edə biləcəklər.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən
verilən məlumata görə, yeni mobil tətbiqinin yaradılmasının əsas məqsədi
istifadəçilərin rahatlığını təmin etmək və müasir informasiya texnologiyaları həllərindən
istifadə etməklə zamanın tələblərinə uyğunlaşmaqdır.
Funksionallığı və müasir dizaynı ilə seçilən
“MegaLife” mobil tətbiqini həm App Store (https://surl.li/qzrxtj), həm də
Google Play (https://surl.li/cnagxz) platformalarından yükləmək mümkündür.
Qeyd edək ki, nizamnamə kapitalı 11 mln. manat
olan “Meqa Həyat Sığorta” ASC 2021-ci ildə Azərbaycan Respublikası Mərkəzi
Bankı tərəfindən verilmiş həyat sığortası xidmətləri göstərməyə icazə verən
lisenziya əsasında fəaliyyət göstərir. Şirkət İcbari Sığorta Bürosunun üzvü və
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi
üzrə müvəkkil sığortaçısıdır.


