"Meqa Həyat Sığorta" ASC-nin
İdarə Heyətinin sədri Uğur İbrahimli Böyük Britaniya Sığorta İnstitutunun
(Chartered Insurance Institute - CII) Azərbaycan üzrə Xoşməramlı Səfiri təyin
edilmişdir.
Qeyd edək ki, 100 ildən artıq tarixə
sahib olan Chartered Insurance Institute (CII) sığorta sahəsində dünyanın ən
nüfuzlu institutlarından biri hesab edilir.
CII-ın Xoşməramlı Səfir Proqramı beynəlxalq
sığorta sektorunda peşəkar standartları yüksəltmək məqsədi ilə hazırlanmışdır.
Proqramın əsas hədəfi yerli sığorta bazarlarının inkişafına dəstək, CII
kvalifikasiya və inkişaf proqramlarının tətbiqi və ixtisaslı kadrların
hazırlanması ilə əhalinin sığortaya inamını artırmaqdır.