1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi
Günü münasibətilə “Meqa Sığorta” ASC və “Meqa Həyat Sığorta” ASC-nin təşəbbüsü,
Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin dəstəyi
ilə Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində xüsusi xeyriyyə tədbiri
təşkil olunub.
Tədbir aztəminatlı və sosial müdafiəyə
ehtiyacı olan ailələrdən olan uşaqlar, həmçinin fiziki məhdudiyyətli azyaşlılar
üçün nəzərdə tutulub. Uşaqlara unudulmaz gün yaşatmaq məqsədilə musiqili-əyləncəli
proqram təqdim olunub, çay süfrəsi təşkil edilib və onlara müxtəlif maraqlı hədiyyələr
təqdim olunub.
“Meqa Sığorta” Qrupu tərəfindən
reallaşdırılan bu tədbir, şirkətlərin uzunmüddətli korporativ sosial məsuliyyət
strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Şirkətlər indiyədək
uşaqların və yeniyetmələrin inkişafı, təhsili və sağlam həyat tərzinin təşviqi
istiqamətində bir sıra layihələr həyata keçiriblər.
Uşaqların sosial inteqrasiyasına və
rifahının yüksəldilməsinə yönəlmiş bu kimi təşəbbüslər ardıcıl şəkildə davam
etdirilir.