4 sentyabr 2025-ci il tarixində “Meqa Həyat Sığorta” ASC ilə ölkənin məşhur yaşayış və istirahət komplekslərindən biri olan Sea Breeze arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memorandumun əsas məqsədi qarşılıqlı faydalı əməkdaşlığın qurulması, innovativ sığorta həllərinin təqdim olunması və müştərilərimizə əlavə üstünlüklərin yaradılmasıdır. Saziş çərçivəsində müştərilərimiz üçün daim inkişaf edən xidmətlər, reinvestisiya imkanları, daşınmaz əmlak əldəetmə prosesində dəstək və maarifləndirici təşəbbüslərin həyata keçirilməsi üzrə birgə fəaliyyət göstərəcəyik.
Biz bu əməkdaşlıqla sığorta xidmətlərinin həyat tərzinə
inteqrasiyasını təşviq etməyi və insanların maliyyə təhlükəsizliyinə töhfə verməyi
hədəfləyirik.
Gələcəkdə müştəri məmnuniyyətinin artırılması və ictimai maarifləndirmə
kampaniyalarının birgə təşkili üçün geniş imkanlar yaradacağımıza əminik.


